04 oktyabr 2018 19:29
2715

Formula 1 Azərbaycan Qran-Prisinin stüardı Yaponiyaya dəvət olunub

Oktyabrın 5-7-də Yaponiyada Formula 1 üzrə dünya çempionatının növbəti Qran-Pri yarışı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, yarışın üçüncü stüardı müəyyənləşib. Cari ilin aprelində Bakıda təşkil olunan Azərbaycan Qran-Prisinin ədalət təmsilçisi Tom Kristensen Yaponiyaya dəvət olunub.

İyirmi dörd saatlıq Le-Man yarışlarının doqquzqat qalibi cari mövsüm Azərbaycan ilə yanaşı, Böyük Britaniya Qran-Prisinin də stüardı olub.

Yarışda mübahisəli məqamlara T.Kristensen ilə birgə, Beynəlxalq Avtomobil Federasiyasının Apelyasiya Məhkəməsinin üzvü Niş Şetti və Avstraliya Avtoidman Konfederasiyasının sabiq vitse-prezidenti Stiven Çoppinq aydınlıq gətirəcəklər.