KÖŞƏ

Zahid Rza

İaşə müxalifətinin kripto missiyası

04 oktyabr 2018 22:35
5131

 Ölkəmizin beynəlxalq aləmə sürətli  inteqrasiyası  Azərbaycanın kifayət qədər güclü, qüdrətli, nüfuzlu dövlət olduğunu təsdiqlədi. Bu gün ölkə başçısının düşünülmüş xarici siyasət strategiyası nəticəsində respublikamız ayrı-ayrı beynəlxalq təşkilatlarda, eləcə də regional və qlobal təşəbbüslərdə iştirakı ilə  öz milli maraqlarını gerçəkləşdirir, regional və qlobal əməkdaşlığa, dünyada sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfəsini verir. Bir çox hallarda məhz Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yeni formalarının müəyyən edilməsində və səmərəliliyinin artırılmasında mühüm rol oynayır.

 Belə bir vaxtda antiazərbaycan şəbəkənin və erməni lobbisinin maliyyə dəstəyi ilə fəaliyyət göstərən bəzi xarici qurumların və xidmət orqanlarının toruna düşən, müxtəlif yollarla və ya “ənənəvi arayışlar”la Avropanın ayrı-ayrı ölkələrində sərsəri, iyrənc həyat tərzi keçirən bəzi antimilli ünsürlər ölkəmizin əleyhinə qarayaxma kampaniyasının miqyasını daha da genişləndirilər. Mayası xəyanətkarlıqla yoğrulan, səbatsız, milli mənlik şüurundan, vətənpərvərlik hissindən, torpaq, el-oba təəssübündən məhrum bu marginalların  üzdəniraq fəaliyyətlərində hərəkət trayektoriyasına, hədəflərinə diqqət edərkən açıq-aydın görünür ki, onlar bu antiazərbaycan təbliğatın yalnız vintcikləridir. Son vaxtlar sosial şəbəkələri, o cümlədən “You toube” və “Facebook”u izləyərkən bəlli olur ki,  söyüş makinaları, daha doğrusu, robotları olan, Avropanın zibilliklərində eşələnən, özgələrin minnətli çörəyi ilə “zəhərlənən” Emin Milli, Orduxan Teymurxan, Tural Sadıqli, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir, Qənimət Zahid, Vidadi İsgəndərli, Qurban Məmmədov və digərləri Vətənimizə, dövlətimizə və onun simvollarına qarşı belə əxlaqsız, mənəviyyatsız hərəkətləri təpədən dırnağa qədər Azərbaycan əleyhdarları olanların qulbeçəsi olan AXCP sədri Əli Kərimlinin, “Milli Şura”nın rəhbəri Cəmil Həsənlinin, ermənilərlə işbirliyində olması çoxdan təsdiq olunmuş Leyla Yunus, Ramiz Yunusov kimilərin çirkin təlimatları ilə reallaşdırırlar.

 Əvvəlcə ölkədəki antimilli ünsürlər, öz ölkəsinə qənim kəsilmiş xəyanətkarlar “demokratiya, insan hüquqları, söz, vicdan azadlığı” və s. ilə bağlı həqiqətdən uzaq, qeyri-obyektiv, qərəzli məlumatları sosial şəbəkələrdə yayırlar. Daha sonra isə onları donos şəklində antiazərbaycan qüvvələrə ötürürlər. Ən əsası isə  öz ağalarının göstərişi ilə informasiya məkanında, necə deyərlər, “peşəkarcasına” xaotik, pərakəndə bir vəziyyət yaratmaq, cəmiyyəti çasdırmaq üçün  dəridən-qabıqdan çıxırlar. Bütün bunlar satqınlığın,  xəyanətkarlığın, mənəviyyatsızlığın, ən əsası isə Vətən əxlqından, xalq, torpaq təəssübündən çox-çox uzaq olmanın təcəssümü və pik nöqtəsidir.

Təbii ki, ictimaiyyətimiz çox haqlı olaraq özünü cəmiyyətə “bloqqer”, “azadlıq carçıları” kimi sırımağa çalışan belələrini bir şəxsiyyət kimi qəbul etmir. Çünki hər bir fərdin cəmiyyətdə şəxsiyyət kimi tanınmasını xarakterizə edən əsas keyfiyyətlər onun vicdanı, ləyaqəti və işgüzar nüfuzudur. Bu cür mənəviyyatsız işlərlə məşğul olanlar isə şərəf və ləyaqət kimi anlayışlarından çox uzaqdırlar.

Şərəf, ləyaqət bir mənəvi kateqoriya kimi insanın öz-özünə hörmətidir. Özünə hörmət etməyənə, milli mənliyini, Vətən, xalq təəssübü kimi ali dəyərləri şəxsi maraqlarına, üç-beş qəpiyə satanlar isə tarixən ləyaqətsizlik ünvanı kimi tanınıblar.