16 oktyabr 2018 16:11
607

UEFA Millətlər Liqası: Fransa Almaniyaya qarşı

Oktyabrın 16-da UEFA Millətlər Liqasının 4-cü turu çərçivəsində doqquz oyun keçiriləcək.

Turun maraq doğuran qarşılaşması “Stad de Frans”da Fransa-Almaniya görüşü olacaq. A liqasının 1-ci qrupunda yer alan hər iki komanda indiyədək 15 dəfə qarşılaşıblar. Bu görüşlərin 7-də fransızlar, 4-də isə almanlar qalib gəliblər. Almaniya millisi bu oyunda məğlub olacağı təqdirdə növbəti mərhələ yüksəlmək şansını itirəcək. İki turdan sonra qrupa 4 xalla Fransa millisi başçılıq edir. Niderland yığması üç xalla ikinci, aktivində 1 xalı olan Almaniya seçməsi isə üçüncü yerdə qərarlaşıb.

B liqasının 1-ci qrupunda keçiriləcək Ukrayna - Çexiya oyunu da prinsipial qarşılaşmalardan olacaq. Belə ki, Ukrayna yığması qələbə qazanacağı təqdirdə pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcək.

Bu liqanın 4-cü qrupunda İrlandiya - Uels matçı keçiriləcək. İrlandiya seçməsi məğlub olsa, növbəti mərhələyə çıxmaq şansını itirəcək.

Gün ərzində keçiriləcək növbəti oyunlar aşağıdakılardır:

C liqasının 3-cü qrupu:

Norveç – Bolqarıstan

Sloveniya - Kipr

D liqasının 1-ci qrupu:

Qazaxıstan – Andorra

Latviya - Gürcüstan

D liqasının 4-cü qrupu:

Ermənistan – Makedoniya

Cəbəllütariq – Lixtenşteyn