19 oktyabr 2018 19:48
819

"Spartak"dan Ayaz Quliyevə 1 milyon avro

"Rostov"un yarımmüdafiəçisi Ayaz Quliyev yenidən "Spartak"da çıxış edə bilər.

Qol.az-ın Rusiyanın don24.ru saytına istinadən yaydığı xəbərə görə, Moskva təmsilçisi sabiq futbolçusunu heyətinə cəlb etnək istəyir.

"Qırmızı-qaralar"ın azərbaycanlı oyunçunun keçidi üçün 1 milyon avro ödəməyə hazır olduğu bildirilir. "Spartak" Ayazı  son vaxtlar adı qalmaqallarda çəkilən Denis Qluşakovla əvəzləmək niyyətindədir.


Qeyd edək ki, Ayaz Quliyev bu ilin yanvarında "Spartak"dan "Rostov"a keçib. Rusiyanın U-21 yığmasının üzvü olan yarımmüdafiəçinin əsas millimizə cəlb olunması gündəmdədir.