19 oktyabr 2018 23:51
939

Aktrisa 4 aylıq oğlu ilə

İlk dəfə ana olan Eva Lonqoriya övladı ilə fotolarını paylaşıb. 

Axşam.az bildirir ki, 43 yaşlı aktrisa iyunda övladını dünyaya gətirdikdən sonra dərhal işinin başına qayıdıb. 

Çəkilişlərə belə övladı ilə gedən Eva onu uzaq səfərlərə götürməkdən də çəkinmir. Lonqori Santyaqonun ötən gün 4 ayı tamam olub. 

"Zaman necə tez keçir. Oğluma baxıb deyirəm ki, mənim bədənim necə belə mələk dünyaya gətirə bilərdi. Onu qucağıma götürdüyüm an başa düşdüm ki, heç vaxt belə sevgi yaşamamışam" deyə, Eva fotolarına yazıb.