21 oktyabr 2018 14:57
867

ABŞ-da "YOL ƏHVALATI"

Sosial şəbəkələrdə təyyarənin avtomobil yoluna çıxmasını əks etdirən götüntülər yayılıb. Hadisə ABŞ-ın Lonq-Aylend adasında baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, kiçikmühərrikli təyyarənin avtomagistrala enməsi nəticəsində xəsarət alan olmayıb, ancaq təyyarəyə zərər dəyib. Təyyarə Nyu-York ştatının kiçik hava limanından qalxıb və Lon-Aylend adasındakı hava limanında eniş etməli idi. Lakin eniş zamanı pilot təyyarəni vaxtında saxlaya bilməyib və təyyarə hava limanından kənara çıxıb.

İnsidentlə bağlı araşdırma aparılır.