17 dekabr 2018 20:24
1118

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi ilin ikinci ən yaxşı idmançısı seçilib

“Formula 1” üzrə 2018-ci il dünya çempionatının qalibi Lüis Hemilton Böyük Britaniyada ilin ən yaxşı idmançısı nominasiyasında ikinci yeri tutub.

“Report” xəbər verir ki, 33 yaşlı pilot “BBC Sport”un sorğusunda velosipedçi Qeraynt Tomasdan geri qalıb. Üçüncü yeri isə İngiltərə millisinin futbolçusu Harri Keyn tutub.

L.Hemilton 2018-ci il Azərbaycan Qran-prisinin də qalibi olub.

Qeyd edək ki, 21 mərhələdən ibarət “Formula 1” üzrə 2019-ci il dünya çempionatı Avstraliyada “Albert Park” trasında başlayacaq və martın 15-17-də olacaq. Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran-prisi aprelin 26-28-də baş tutacaq.