18 dekabr 2018 15:56
2182

Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, dekabrın 17-də Lökbatan qəsəbəsi ərazisindəki “Sədərək” ticarət mərkəzində Abşeron rayonunun qadın sakininin içərisində 440 manat olan pulqabısı oğurlanıb. Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nəriman Məmmədov yaxalanıb.

Dekabrın 17-də marşrut avtobusunda Bakı şəhər sakini T.Rüstəmovun cibindən mobil telefonunu oğurlamağa cəhd göstərən paytaxt sakini, əvvəllər oğurluğa və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Nizami Dadaşov Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.