KÖŞƏ

Zahid Rza

“Demokl qılıncı”

23 may 2018 22:53
4732

AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, Müsavat Partiyasının başqanı Arif Hacılı kimilərin və onların tör-töküntülərinin burnunda hələ də ötən əsrin 90-cı illərinin “qoxusu” qalıb. O illərdə, tarixi torpaqlarımız olan Qarabağda erməni separatizminin tüğyan etdiyi bir dövrdə Azərbaycan Ali Sovetində “indi əsas məsələ Qarabaq deyil, hakimiyyət məsləsidir” deyərək ölkədə xaos, anarxiya yaradıb tankların və topların üstündə hakimiyyəti zəbt etmək üçün ən çirkin vasitələrə əl atan bu hakimiyyət, kreslo sevdalıları  deyəsən, o vaxt baş verənlərin yaddaşlardan silinmədiyini unudurlar. XXI əsrin gerçəklikləri və reallıqlarını dərk edə bilməyən, heç bir nəzəri-ideoloji bazası olmayan, hərəkət pradiqmasında satqınlığın, xəyanətkarlığın, antimilliliyin cəmləşdiyi dağıdıcı düşərgənin başbilənləri üçüncü minilliyin həqiqətlərinə hələ də o dövrlərin gözü ilə baxırlar.

Dağıdıcı müxalifətin fəaliyyət proqramında dəyişən yalnız öz şəxsi maraqları naminə gündən-günə gücləndirdikləri antimilli fəaliyyətdə təkamülü, evolvasiyanı rədd edərək zoru, pozuculuğu, anarxizmi daha da şiddətləndirmək naminə ən məkrli və avatürist metodlardan istifadə edilməsidir. Bütün bunların isə birmənalı olaraq  bu xəyanətkarların antiazərbaycançılıq fəlsəfəsinin imperativlərindən qaynaqlandığını desək, heç də yanılmarıq. Həmçinin erməni lobbisinin təsiri altında olan bəzi xarici təşkilatların və Azərbaycan əleyhdarlarının verdikləri pulların qarşılığında tələblərinin, basqı və həmlələrinin bu xəyanətkar dəstənin başı üzərində asılmış “Demokl qılıncı” olduğu da danılmaz faktdır.

Milli maraq və mənafeləri antiazərbaycan dairələrdən aldıqları beş-üç qəpik tulapayına satan, sosial bazası olmayan, bütün hüquqi-etik, əxlaqi-mənəvi dəyərləri tapdalayıb keçən, xəyalpərəstliyə, ifrat subyektivliyə yuvarlanan pozucu müxalifət “liderciklər”inin əlləri hər yerdən üzüldüyünə görə fəaliyyətlərində bu gün Avropanın müxtəlif ölkələrində daldalanan, antiazərbaycan dairələrin və müxtəlif xarici xidmət orqanlarının toruna düşən savadsız, dünyagörüşsüz, ideya-syasi cəhətdən özünüdərkin sıfır nöqtəsində olan, milli düşüncədən məhrum, orduxan teymurxanlara, məhəmməd mirzəlilərə, tural sadıqlılara üstünlük vermələri əslində bəzi qaranlıq məqamları gün işığına çıxarır. Bu xəyanətkarlar isə özlərini azərbaycanlı adlandırsalar da, xaricdəki düşmənlərimizin dərsləri və təlimatları ilə Azərbaycan dövlətçiliyinin, onun simvollarının əleyhinə şər-böhtan və təhqirlər yağdıraraq ölkəmizin beynəlxalq nüfuzuna qarayaxmağa çalışsalar da heç nəyə nail ola bilmirlər.

Şübhəsiz, bütün bunlar xalqdan ayrı düşmüş, marginallaşmış AXCP-nin, Müsavat Partiyasının, “Milli Şura”nın “liderciklər”inin antimilli, səbatsız siyasi fəaliyyətinin məntiqi nəticəsi və acı sonluğudur. Bütün bunların əsasında özlərini “demokrat” adlandıran bu zümrənin hələ də ötən əsrin 90-cı illərinin xiffəti ilə yaşaması, elə  siyasi təfəkkür cəhətdən də o illərin bataqlaığında saplanıb qalması,  üçüncü minilliyin yenilikləri ilə  ayaqlaşa bilməməsi, Azərbaycanın mənafeyinə uyğun siyasi-ideoloji- mənəvi hədəflərə zidd mövqedə dayanması, ümummilli məsələlərimizin müzakirəsi və həllinə biganə qalması, nəhayət, milli mənlik şüurlarının qısırlaşması, tükənməsi, deqradasiyasıdır. 

Antiazərbaycan dairələrin maşası olan antimilli ünsürlərin əməllərinin cəmiyyətimiz tərəfindən ikrahla qarşılanması bir daha təsdiq edir ki, bu gün hüquqi, demokratik dövlət quruculuğu, iqtisadi inkişaf yolunda inamla irəliləyən, ictimai-siyasi, sosial-iqtisadi və mənəvi-ideoloji transformasiyasının yeni mərhələsində yüksək zirvələr fəth edən Azərbaycanın siyasi palitrasından rüsvayçılıqla silinən AXCP, “Milli Şura”, Müsavat kimi antimilli, amorf qurumların iflası qaçılmazdır.