31 mart 2018 00:46
1881

Təhsilin, səhiyyənin və mədəniyyətin daha sürətli inkişafını istəyiriksə…

YAP Mərkəzi Seçki Qərargahı Hacıqabul rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri martın 30-da rayonun təhsil, səhiyyə və mədəniyyət işçiləri ilə «İlhamla irəli» adlı tədbir, eyni zamanda, Atbulaq kəndində seçicilərlə görüşlər keçiriblər.

Tədbirlərdə çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov  bildirib ki,  Prezident İlham Əliyev humanitar sahəyə, o cümlədən vətəndaşların sosial problemlərinin həllinə daim diqqət yetirib. Bu gün Azərbaycan dövləti müasir səhiyyə, təhsil və mədəniyyət obyektlərinin tikintisinə görə MDB məkanında ilk yerdədir. Bu dövrdə  3000-dən çox yeni məktəb binası tikilib istifadəyə verilib, eyni zamanda əsaslı təmir olunub.  Ali təhsil müəssisələrinin həm kadr potensialı, həm də maddi-texniki bazası genişlənir. Elmin inkişafına göstərilən diqqət və qayğı davamlılığı ilə diqqət çəkir. Həmçinin mədəniyyət işçiləri də dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunublar.

YAP Hacıqabul rayon təşkilatının Şura üzvü Beydulla Qarayev bildirib ki, son 15 ildə  səhiyyə sahəsində böyük uğurlarımız var. Yaxın keçmişə nitikilib istifadəyə verilib və ən əsası  dünya standartlarına cavab verən avadanlıqlarla  təchiz edilib. Son 15 ildə 642 tibb müəssisəsi istifadəyə verilib. Bu gün elə bir əməliyyat, müalicə üsulu yoxdur ki, onu ölkəmizdə həyata keçirmək mümkünsüz olsun. Xarici ölkələrdən gələn mütəxəssislər bizdə yaradılan  şəraitə heyrətlənirlər. Məhz bütün bu inkişaf yönümlü siyasətin davam etməsi üçün cənab İlham Əliyevə hamılıqla səs verməliyik.

Görüşlərdə çıxış edən YAP fəalı, qabaqcıl təhsil işçisi Vasif Səmədov bildirib ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində Azərbaycan sürətli inkişafa nail olub və vətəndaş cəmiyyətinn formalaşdırmaqla təhsil və səhiyyə sahələrində mühüm uğurlar əldə edilib. Vurğulayıb ki,  2006-cı ildən başlayaraq birbaşa Prezident İlham Əliyevin təşəbbüsü ilə 3500 Azərbaycan gənci xarici ölkələrin ən nüfuzlu ali təhsil müəssisələrində təhsil alaraq ölkəmizə peşəkar kadrlar kimi geri qayıdıblar.

YAP Hacıqabul rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Aytən Zülfəliyeva çıxışında bütün xalqımızı və seçicilərin hər birini ölkəmizin sürətli inkişafına öz töhfəsini verməyə və cənab İlham Əliyevi dəstəkləməyə çağırıb.

Görüşdə iştirak edən seçicilər yekdilliklə seçkilərə gedəcəklərini və cənab İlham Əliyevə səs verəcəklərini söyləyiblər.

Elçin Zaman, «İki sahil»