13 mart 2018 00:21
1641

10 mart mitinqinin gerçəklikləri

10 mart mitinqinin gerçəklikləri: dağıdıcı müxalifətin iflası tarixin diktəsidir

Sosial baza və eloktorat sarıdan korluq çəkən dağıdıcı müxalifət başbilənləri aprel ayında keçiriləcək prezident seçkilərində məğlub olacaqlarını əvvəlcədən bildiklərindən müxtəlif əsassız bəhanələrlə seçkiləri boykot etmək yolunu seçdilər.

İşbirliyində olduqları antiazərbaycan dairələrdən aldıqları ənamların müqabilində onların sifarişlərini yerinə yetirmək məcburiyyətində qalan bu merkantillər həm qaçılmaz məğlubiyyətlərini ört-basdır etmək, həm də xarici Azərbaycan əleyhdarları olan ağalarının qəzəbinə  tuş gəlməmək üçün müxtəlif vasitə və variantlara əl atırlar. Təbii ki, bu vasitələrdən biri, bəlkə də birincisi onların ənənəvi, klassik oyunlarından olan mitinq-şoulardır. Şübhəsiz, mitinq-şoular AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, Müsavat Partiyasının başqanı Arif Hacılı və onların ətrafındakılar üçün ağır məğlubiyyəti kompensasiya etmək üçün seçilmiş ( və daha əvvəllər sınanılmış) ən əlverişli taktikadır. Uzun müddətdir ki, siyasi mübarizədə normal, sivil mövqe nümayiş etdirə bilməyən dağıdıcı müxalifətin başbilənləri  peşəkar siaysətçiyə yaraşmayan ən iyrənc üsul və metodlardan istifadə etməklə bir daha özlərinin əsl simalarını cəmiyyətimizə nümayiş etdirdilər.

Belə ki, bu marginallar ölkədə yaradılmış ən əlverişli demokratik şəraitdən istifadə edərək hüquqi müstəvidə mübarizə aparmaq əvəzinə, öz xislətlərinə sadiq qalaraq, dağıdıcı, qeyri-konstruktiv əməllərini “yeni texnologiyalar”la bir az da  zənginləşdirərək şər-böhtanın, “qara piar”ın, ən başlıcası isə öz antimilli fəaliyyətlərinin miqyasını daha da genişləndiriblər. Mayası xəyanətlə, satqınlıqla, pozuculuqla yoğrulmuş bu siyasətbazlar, onların beş-üç nəfər əlaltıları, trolları sosial şəbəklərdə saxta profillərlə dövlətimizə, dövlətçiliyimizə, ayrı-ayrı şəxslərə şər-böhtan, təhqir yağdırmaqla özlərini ifşa etməklə yanaşı, erməni dəyirmanına su tökdüklərini və antiazərbaycan dairələrin bir nömrəli qulluqçusu olduqlarını açıq-aşkar ortaya qoyurlar. Öz şəxsi ambisiyalarını milli maraqlardan üstün tutan Ə.Kərimli, C.Həsənli, A.Hacılı kimi siyasət dəllalları bütün mənəvi, əxlaqi dəyərləri tapdalayaraq Avropanın müxtəlif ölkələrində məskunlaşmış, məhdud siyasi təfəkkürlü, dar dünyagörüşlü, ölkəmizdə və dünyada baş verən ictimai-siyasi prosesləri düzgün təhlil edə bilməyən bəzi kəmsavad gəncləri tora salaraq öz məkrli məqsədlərinə alət etməkdən belə çəkinmirlər.

Son dövrlərdə dağıdıcı müxalifət düşərgəsində baş verənlər, eləcə də onların “liderləri”nin təşkilatşılığı ilə martın 10-da “Məhsul” stadionunda təxminən 1500 nəfərin iştirakı ilə keçirilən mitinq-şounun gedişatı, orada səsləndirilən şüarlar  bu antimilli ünsürlərin siyasi cəhətdən tamamilə tükəndiyinin bariz nümunəsi oldu. Cəmiyyətimiz bir daha əmin oldu ki, erməni lobbisinin təsiri altında olan müəyyən təşkilatlar tərəfindən maliyyələşdirilən və təlimatlandırılan bu marginal dəstə Məhsul” stadionunu da artıq öz dağıdıcı-ekstremist niyyətlərini həyata keçirmək üçün poliqona çevirmək yolunu tutublar. Digər yandan, mitinqə toplaşanların sayı da sübut etdi ki, ölkə ictimaiyyəti  “demokrat” pərdəsi altında gizlənən bu dağıdıcı, qaragüruhçu zümrəni tamamilə ilə rədd edir. Şübhəsiz, bütün bunlar xalqdan ayrı düşmüş, marginallaşmış AXCP-nin, Müsavat Partiyasının, “Milli Şura”nın liderciklərinin antimilli, səbatsız siyasi fəaliyyətinin məntiqi nəticəsi və acı sonluğudur. Bütün bunların əsasında özlərini “demokrat” adlandıran bu zümrənin hələ də ötən əsrin 90-cı illərinin xiffəti ilə yaşaması, elə  siyasi təfəkkür cəhətdən də o illərin bataqlaığında saplanıb qalması,  üçüncü minilliyin yenilikləri ilə  ayaqlaşa bilməməsi, Azərbaycanın mənafeyinə uyğun siyasi-ideoloji- mənəvi hədəflərə zidd mövqedə dayanması, ümümmilli məsələlərimizin müzakirəsi və həllinə biganə qalması, nəhayət, milli mənlik şüurlarının qısırlaşması, tükənməsi, deqradasiyasıdır. 

Martın 10-da “Məhsul” stadionunda keçirilən qohum-əqraba, trol mitinqi bir daha təsdiq etdi ki, bu gün hüquqi, demokratik dövlət quruculuğu, iqtisadi inkişaf yolunda inamla irəliləyən, ictimai-siyasi, sosial-iqtisadi və mənəvi-ideoloji transformasiyasının yeni mərhələsində yüksək zirvələr fəth edən Azərbaycanın siyasi palitrasından rüsvayçılıqla silinən AXCP, “Milli Şura”, Müsavat kimi antimilli, amorf qurumların iflası qaçılmazdır. 

Zahid Rza, “İki sahil”