22 fevral. 2018 21:02
765

Ötən il Geologiya Muzeyinə 9 eksponat gətirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Geologiya Muzeyinin fonduna ötən il ərzində 9 nümunə gətirilib.

Bu barədə AZƏRTAC-a muzeyin direktoru Xalid Mirzəbəyov məlumat verib.

Bildirilib ki, 2017-ci ildə ən sonuncu eksponat dekabrın 13-də Gədəbəy rayonunun “Uğur” qızıl yatağından gətirilmiş hidrotermal dəyişilmiş qızıllı brekçiyadır.

Direktor eksponatın Mezozoy erasının Orta Yura dövrünə aid olduğunu qeyd edib.