Ətdən hazırlanan məhsullar dünya xalqlarının mətbəxində önəmli yer tutur. Coğrafi şəraitindən, adət-ənənəsindən asılı olmayaraq heyvan əti bir çox xalqların qida rasionunun əsasını təşkil edir. Ətdən qisa kimi istifadə olunma ənənəsi ibridai icma quruluşuna gedir.
2015-ci ilin statistik məlumatları Azərbaycanda ildə adambaşına 36 kiloqram ət istehlak olunduğunu göstərir. Qonşu Rusiya isə bu göstərici 68 kiloqram, Gürcüstanda isə 58 kiloqrama bərabərdir.
Modern.az BMT-nin Ərzaq və Təsərrüfat Təşkilatının məlumatları əsasında il ərzində adambaşılna ən çox ət yeyən ölkələrin siyahsını təqdim edir.
1.ABŞ- 120 kiloqram
2.Küveyt – 119,2 kiloqram
3.Avstraliya – 111,5 kiloqram
4.Baham Adaları – 109,5 kiloqram
5.Lüksemburq – 107,9 kiloqram
6.Yeni Zelandiya - 106,4 kiloqram
7.Avstriya – 102 kiloqram
8.Polineziya – 101,9 kiloqram
9.Bermud Adaları – 101,7 kiloqram
10.Argentina – 98,3 kiloqram
Vətəndaşları adambaşına ən az ət yeyən ölkələrin ilk onluğu isə belədir:
1.Banqladeş – 4 kiloqram
2.Hindistan – 4,4 kiloqram
3.Burundi – 5,2 kiloqram
4.Şri-Lanka – 6,3 kiloqram
5.Ruanda – 6,5 kiloqram
6.Syerra-Leone – 7,3 kiloqram
7.Eritreya – 7,7 kiloqram
8.Mozambik – 7,8 kiloqram
9.Qambiya -8,1 kiloqram
10.Malavi – 8,3