20 oktyabr 2017 16:37
694

Pərviz Şahbazov: Azərbaycan OPEC-in noyabrdakı iclasında iştirak edə bilər

Əgər dəvət gələrsə Azərbaycan OPEC-in noyabrın sonunda keçiriləcək iclasında iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib. O bildirib ki, Azərbaycan beynəlxalq öhdəliklərə ciddi yanaşır və OPEC-lə əldə olunan bu razılaşma da istisna deyil: "Azərbaycan marağındadır ki, neft bazarı sabit, balanslaşdırılmış olsun və tarazlıq təmin edilsin. Tək bir ölkə bunun öhdəsindən gələ bilməz və beynəlxalq əməkdaşlığa ehtiyac var. Azərbaycan bu təşəbbüsə qoşulub və düşünür ki, bundan sonra da bu istiqamətdə addımlar ata bilər. Vyana sazişi çərçivəsində atılan addımlar özünü doğruldur. Hazırda neft bazarında nisbətən sabitlik yaranıb".