21 fevral 2019 11:53
2763

Nəyə görə suyu ikinci dəfə qaynatmaq olmaz?

Suyu ikinci dəfə qaynatmq olmaz! Sən demə, bu adətə görə, həyatımızı qısaltmış oluruq. Həkimlərin sözlərinə görə, qaynanmış su xeyirlidir, lakin ikinci dəfə qaynanmış su kimyəvi xassəsinə görə təhlükəlidir.

Qaynanma prosesi yüksək temperaturda baş verir. İlk dəfə qaynayan suyun tərkibində zərərli bakteriyalar olmur, lakin ikinci dəfə qaynayan suda çoxlu miqdarda zərərli və təhlükəli maddələr əmələ gəlir. 

Suyu ilk dəfə qaynadanda suda bütün mikroblar məhv olur, buna görə də, su xeyirli tərkibə sahib olur. Əgər  ikinci dəfə qaynatsaq, suyun həcminin bir hissəsi buxarlanacaq, müxtəlif mineralların qatışımı qalacaq  və onların qatılıq dərəcəsi  iki dəfə artacaq. Bu halda təhlükəli maddələrin  iki dəfə çoxalması  suyun cod olmasına və tamının dəyişməsinə səbəb olur.  Belə olduqda çayın, kofenin də dadı tam fərqli olur.

Su ikinci  dəfə qaynadıldıqdan sonra, onun H2O formulası pozulacaq və su “ölü” su olacaq. Oksigen buxarlandıqdan sonra, duzun qatılıq dərəcəsi yüksələcək. Təkrar-təkrar qaynayan suyun tərkibindəki  kanserogen maddələr də artmış olur. Onlar bədxassəli şişlərin əmələ gəlməsinə şərait yaradır.

Həqiqətən də  xeyirli olmasını istəyirsinizsə, suyu bir dəfə qaynadın. Bundan başqa, ikinci dəfə qaynanmış suyun qalığını təzə suya əlavə etmək olmaz.

Könül Əliyeva, “İki sahil”