30 sentyabr 2020 10:40
771

Nigeriya dövlət neft şirkətini yenidən formalaşdırır

Afrika qitəsinin neft və təbii qazla zəngin ölkəsi Nigeriyada dövlət neft şirkətinin yenidən formalaşdırılması üçün qanun layihəsi hazırlanıb.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Məhəmməd Buhari tərəfindən parlamentə təqdim olunan qanun layihəsində Nigeriyanın Milli Neft Şirkətinin (NNPC) ticari şirkətə çevrilməsi və dövlət fondlarından istifadə imkanının məhdudlaşdırılması nəzərdə tutulur.

Qanun layihəsində xaricdəki royalti (vergidən azad edilən gəlirdən başqa) haqlarının dəyişdirilməsinə və qiymətə əsaslanan royalti həddinin 35 dollar/barreldən 50 dollardan yuxarı qaldırılması planlaşdırılır.

Nigeriyanın Dövlət və Neft Ehtiyatları naziri Timipre Sylva NNPC-nin özəlləşdiriləcəyi xəbərinin doğru olmadığını bildirib.

Afrikanın ən böyük neft istehsalçısı və ixracatçısı olan Nigeriya neft-qaz ehtiyatlarının istehsalı və nəqli rejimini dəyişdirməyi planlaşdırır.