11 yanvar 2019 17:08
375

Nikol Paşinyan: “İnqilab etdik amma pul vermədilər”

Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan erməni diasporunun nümayəndələri ilə görüş keçirib.

“Ölkə.Az” xəbər verir ki, Paşinyan diaspor nümayəndələri Ermənistan iqtisadiyyatına sərmayə qoymağa çağırıb. Paşinyan eyni zamandan onlardan yaşadıqları ölkələrdəki iş adamlarını da buna təşviq etməyi xahiş edib.

Paşinyan Ermənistanda siyasi vəziyyət dəyişsə də, iqtisadiyyatda aktivliyin nəzərə çarpmadığından şikayət edib:

“Ermənistanda siyasət dəyişdi amma iqtisadi həyatda aktivlik gözə çarpmır. Amma mənim gözləntilərim böyük idi”.