16 sentyabr 2020 21:30
3149

Nisə Qasımova xərçəng xəstəliyinə yoluxub?

Hər şey çox yaxşıdır, mən yeni mahnı üzərində çalışıram.

Bunu Xalq artisti Nisə Qasımova xərçəng xəstəliyinə tutulması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

"İnanın, bu dəqiqə o qədər gərgin iş rejimindəyəm ki... Bilmirəm, mahnını yazdırım, onu aranjiman etdirim... Zəng edib deyirlər ki, "barənizdə nəsə eşitmişik", "səhhətinizdən narahatıq", "efirlərdə görünmürsüz". Bir sözlə, hər şey yaxşıdır", - Nisə Qasımova bildirib.

Müğənni tezliklə onu sevənləri öz mahnıları ilə sevindirəcəyini vurğulayıb.

Qeyd edək ki, Xalq artistinin xərçəngə yoluxması ilə bağlı məlumatlar yayılmışdı.

Modern.az