11 mart 2019 19:45
1346

Nişan üzüyünün qiyməti 4,5 milyondur

Sevgilisi Aleks Rodrigeslə nişanlanan Cennifer Lopesin üzüyünün qiyməti açıqlanıb. 

"İki sahil" axşam.az-a istinadən xəbər verir ki, sevgilisi ifaçıya 4,5 milyon dəyərində üzük bağışlayaraq, evlilik təklifi edib. 

Nişanlanma xəbərini ilk olaraq beysbolçu İnstaqram səhifəsində açıqlayıb. O, evlilik təklifinə CeyLonun "hə" dediyini bildirib. 

Cütlüyün nişanı hazırda istirahətdə olduqları Baham adalarında baş tutub. 12-15 karatlıq nişan üzüyü brilyant və zümrüd qaşlarla bəzədilib.