27 fevral 2020 10:42
1526

Norveçdə koronavirusa ilk yoluxma faktı qeydə alınıb

Norveçdə koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

AZƏRTAC Norveç KİV-lərinə istinadla xəbər verir ki, bir az öncə Çinə səfər etmiş, təhlükəli virusa orda yoluxduğu təxmin edilən şəxs Krallığın Trömsö şəhərində yaşayır.

Hazırda Norveçin səlahiyyətli orqanları virus daşıyıcısının (COVID-19) ünsiyyətdə olduğu insanları müəyyən edir. Lakin Norveç Xalq Sağlamlığı İnstitutu, onun infeksiya riski yaratması şansının aşağı olduğunu bildirib.

Adı açıqlanmayan şəxsdə virusun olması, onun keçən həftənin sonu Çindən qayıtdıqdan sonra aşkar edilib. İndi o, daimi nəzarət şəraitində evində karantində saxlanılır.

Qeyd edək ki, bu Norveç ərazisində COVID-19-a ilk yoluxma halıdır.