22 fevral 2019 18:43
580

“Novatek” qaz yataqlarına ayrılan vəsaiti artıracaq

Rusiyanın “Novatek” qaz hasilatı şirkəti 2019-cu ildə əsaslı xərclərini ikiqat artırmağı planlaşdırır. Şirkət cari ildə yeni yataqlara, liman qurğularına və digər layihələrə 185 milyard rubl (2,8 milyard dollar) vəsait ayırıb.

Rusiyanın təbii qaz hasilatı üzrə ən böyük  özəl şirkəti olan “Novatek” ilk mayeləşdirilmiş təbii qaz emalı zavodunu 2017-ci ildə Yamalda inşa etmişdi və bununla qlobal mayeləşdirilmiş təbii qaz bazarında 5% pay əldə etmişdi.

“Novatek” özünün ikinci mayeləşdirilmiş təbii qaz zavodunu tikməyə hazırlaşır. Tikinti işlərinə 2022-2023-cü illərdən start veriləcəyi gözlənilir. Şirkətin rəhbəri Leonid Mikelson tezliklə bu layihə ilə bağlı yekun sərmayə qərarının veriləcəyini və Fransanın “Total” enerji şirkətinin həmin layihədə 10 % payı olduğunu açıqlayıb. O bildirib ki, hazırda Yaponiya, Çin, Cənubi Koreyadan olan digər şirkətlərlə də əməkdaşlıq barədə danışıqlar aparır.