06 avqust 2019 14:06
1056

Novruz Aslanla  Hikmət Babaoğlunun yeni layihəsi –  VİDEO

Azərbaycanın milli sərvəti sayılan Qarabağ atlarına dair yeni mahnı ərsəyə gətirilib.

“İki sahil” xəbər verir ki, mahnının musiqisi Novruz Aslana, sözləri Hikmət Babaoğluna məxsusdur.

Bu mahnının yaradılmasında məqsəd bu günə kimi Azərbaycan atlarına dair heç bir mahnının olmaması olub.

Canlı alətlərin istifadə olunduğu mahnını xalq artisti Teyyub Aslanov ifa edib. Tarda və kamanda əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov, nağara və zərb alətlərində əməkdar artist Kamran Kərimov, fortopianoda əməkdar artist Emil Əfrasiyab, nəfəs alətlərində Aydın Yəhyayev, bas-gitarada Saleh Məmmədov, simli alətlərdə “Kvartet” qrupu ifa edib.

Bildiyiniz kimi, 1996-cı ildən Azərbaycan Atcılıq Federasiyası yaradılıb və bu günə kimi kifayət qədər nailiyyətlər əldə olunub. 2007-ci ildə Milli Məclis tərəfindən “Atcılıq haqqında” qanun da qəbul olunub.

Mahnını sizə təqdim edirik: