16 sentyabr 2020 10:15
769

Nurgül Yeşilçay gündəm oldu - FOTO

Türkiyənin məşhur aktrisası Nurgül Yeşilçay “İnstagram” hesabından paylaşdığı fotoları ilə bütün diqqətləri üzərində toplayıb.

"İki sahil" xəbər verir ki, kadrlarda 44 yaşlı gözəl aktrisa sarı geyimdə əks olunub. O, paylaşımını “Yeni fotolar gətirdim” ifadələri ilə şərh edib.

Pərəstişkarları aktrisanın fotolarını yüksək qiymətləndiriblər. 

Karantin dövründə İstanbuldakı evlərindən ayrılmayan Nurgül Yeşilçay prodüser sevgilisi Necati Kocabayla tətili Bodrumda  birlikdə keçirdilər.

Qeyd edək ki, Nurgün Yeşilçayın “Instagram” hesabında 2,4 milyondan artıq izləyicisi var.