26 fevral 2019 16:15
752

O gecə dinc sakinlər amansız qətliama məruz qaldılar

İyirmi yeddi il əvvəl fevralın 25-dən 26-na keçən gecə tarixin ən dəhşətli faciələrindən biri yaşandı. O soyuq qış gecəsi mənfur ermənilər Xocalı şəhərində ağlasığmaz vəhşiliklər törətdilər. Qadın, uşaq, yaşlı demədən əliyalın, dinc sakinlər amansız qətliama məruz qaldılar. Çox təəssüf ki, xalqımız belə müsibət yaşadı. Atam – Milli Qəhrəman Əliəskər Novruzov da Xocalıda son damla qanınadək döyüşərək şəhid oldu. Mən fəxr edirəm ki, onun övladıyam.

AZƏRTAC xəbər verir ki, sözləri “Ana harayı” abidəsini ziyarət edən Xocalı şəhər sakini Piyalə Novruzova deyib.

Xocalı sakini tezliklə torpaqlarımızın azad olunacağına və şəhidlərin qanının yerdə qalmayacağına inandığını da bildirib.