08 oktyabr 2019 20:41
263

Ödənişsiz ispan dili kurslarına start verilib

Dövlət Tərcümə Mərkəzi ölkədə tərcümə işinin təkmilləşdirilməsi məqsədilə müxtəlif dillər üzrə kurslar təşkil edir. Bu istiqamətdə, Mərkəz dünyanın 21 ölkəsində 470 milyon insanın doğma dili olan ispan dili üzrə qısa və ödənişsiz dil kurslarına start verib.

Kurslar noyabrın 1-dən 30-dək fəaliyyət göstərəcək.