09 avqust 2019 14:20
404

Oğuzun dörd kəndinə qazın verilişi bərpa olunub

Oğuz rayonunun dörd kəndinə qazın verilişi bu gün bərpa olunub.

“Azəriqaz” İB-dən bildirilib ki, avqustun 8-i axşam saatlarında Oğuz rayonunun Bucaq, Calut, Bayan, Muxas kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz xətti avtomobillə vurularaq zədələnib. Nəticədə 1300 abonentin qaz təchizatında fasilə yaranıb. Kəndlərə qazın verilişi bu gün səhər saatlarında bərpa edilib.