19 yanvar 2021 17:30
722

Ohanyan: Şuşada itkilərimiz çox oldu

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan "Azadlıq" radiosuna verdiyi müsahibədə Şuşa şəhərinin iki səbəbə görə itirildiyini açıqlayıb.

"iki sahil" azvision-a istinadən xəbər verir ki, o, səbəblərdən biri kimi idarəetmə səviyyəsinin aşağı olmasını göstərib. İkinci səbəb kimi həmin vaxtı Şuşa istiqamətində düzgün əlaqə qurmaq üçün ilkin nəzarət nöqtəsinin olmamasını əsas gətirib.

"Məsləhət verdim, amma qulaq asan lazım idi. Doğru taktika seçildiyi yerlərdə mühəndis quruluşları yaxşı idi. Nizam-intizamın güclü olduğu nöqtələrdə mühəndis qurğularını düzgün təşkil etmədilər. Orada çoxlu itkilərimiz oldu. Yaxşı intizam olsaydı, məğlubiyyətlərimizin demək olar ki, yarısı olmazdı”.

Ohanyan, həmçinin müharibənin ilk günlərində dayandırılması ehtimalından da söz açıb: “Sentyabrın 28-dən 29-a keçən gecə Qarabağda müdafiə ordusunun komandanlıq postunda idim. 30 sentyabrda hərbi-siyasi vəziyyəti qısa təhlil etdim və müvafiq təkliflər verdim. “Artsax” (Qarabağda olmuş qondarma rejim-red) və Ermənistan rəhbərliklərinin danışıqlar prosesini bərpa etmək və müdafiə ordusunun hərtərəfli gücləndirilməsini təmin etmək üçün qəti tədbirlər görmələri lazım olduğunu qeyd etdim. Əlbətə ki, həmin vaxtı döyüşlər dayandırılsaydı, müharibənin gedişi fərqli olardı. Məlum 5 + 2 formatı ilə bağlı danışıqlar prosesi elə qurulacaqdı ki, bizim faydalı qərarlar qəbul etmə fürsətimiz olacaqdı".