14 oktyabr 2019 13:34
728

Oktyabrın 15-də paytaxtda 26 dərəcə isti olacaq

Ölkə ərazisində oktyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-19°, gündüz 22-26° isti, Bakıda gecə 16-18°, gündüz 24-26° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 770 millimetr civə sütunundan 766 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 24-29° isti, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 15-də Abşeron yarımadasında mülayim cənub-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.