21 yanvar 2020 18:41
1160

Ölkə əhalisinin sayı açıqlanıb: 10 milyon 60 min 194 nəfər

Ötən ilin əvvəlindən ölkə üzrə əhalinin sayı 78 min 737 nəfər və ya 0,8 faiz artaraq 2019-cu il dekabr ayının 1-i vəziyyətinə 10 milyon 60 min 194 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Məlumatda qeyd edilib ki, bir kvadratkilometrə düşən əhalinin sayı 116 nəfər olub.