08 iyul 2020 18:48
1205

Ölkədə COVID-19-dan sağalanların sayı 13 mini ötdü

Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı açıqlanıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, hazırkı dövrədək ölkəmizdə 21 min 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 13 min 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib. Aktiv xəstə sayı 8542 nəfərdir.