07 avqust 2020 12:05
1292

Ölkəmizdə ötən həftə koronavirusdan 4429 nəfər sağalıb

Azərbaycanda ötən həftə - iyulun 27-dən avqustun 2-dək yeni növ koronavirus (COVID-19) infeksiyasından 4429 nəfər sağalıb, 2393 yoluxma faktı qeydə alınıb.

İndiyədək ən çox sağalma halı məhz ötən həftə qeydə alınıb. Son iki ay ərzində isə həftələr arasında ən az yoluxma halına görə ikinci ən yaxşı göstərici iyulun 27-dən avqustun 2-dək olan həftənin payına düşür. Belə ki, iyundan etibarən ən az yoluxma halı iyunun 1-dən 7-dək olan həftədə müşahidə olunub: 2059 yoluxma.

Bununla yanaşı, ölkəmizdə iyulun 27-dən avqustun 2-dək koronavirusdan 45 nəfər həyatını itirib. Bu say təxminən son bir ay ərzində həftələr arasında qeydə alınan ən az ölüm göstəricisidir.