23 sentyabr 2019 12:29
1392

Ölkəmizə payız gəldi...

Bir neçə dəqiqə əvvəl Azərbaycana payız fəsli qədəm qoyub.

Sentyabrın 23-də yerli vaxtla saat 11:50-də gecə və gündüz bərabərliyi baş verib. Bu gündən etibarən gecələr uzanmağa, gündüzlər qısalmağa başlayacaq. Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

Qış fəsli isə ölkəmizə dekabrın 22-də saat 08:19-da qədəm qoyacaq və həmin gün ən uzun gecə olacaq.