22 yanvar 2021 01:31
353

Onlar istəyirlər ki, Seren ölsün

Müğənni-aparıcı Seren Serengil İstanbulun Nişantaşı səmtində kameralara tuş gəlib.

"İki sahil" bildirir ki, sənətçinin yanında sevgilisi Mustafa Tohma da olub. Çəki atmaq  üçün mədə əməliyyatı olan və 70 kq.-dan 46 kq.-a qədər arıqlayan Serengil jurnalistlərlə söhbət edib. O, bir müddət əvvəl xəstə halı ilə istirahətə yollandığı üçün onu tənqid edən izləyicilərinin fikirlərinə cavab verib:

"İnsanlar həqiqətən çox zalımdırlar. Onlar istəyirlər ki, Seren ölsün. Mən ora təmiz hava almaq üçün getdim. Uşaqlıqdan bəri xizəklə sürüşməyi sevirəm. Hazırda xəstəliyim yavaş-yavaş keçir. Hətta 2 kiloqram çəki aldım. İnsanların niyə belə reaksiya verdiyini anlaya bilmirəm".