22 yanvar 2021 10:43
593

Onlayn müsahibələrdə uğur qazanan namizədlərin statistik təhlili aparılır VİDEO

14-24 dekabr tarixlərində keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinin iştirakçılarına dair statistik təhlil aparılıb. 

"İki sahil" xəbər verir ki, təhlil zamanı onlayn müsahibə mərhələsində iştirak edən və uğur qazanan namizədlər müxtəlif aspektlərdən araşdırılıb. Namizədlərin yaşa, cinsə görü bölgüsü aparılıb, imtahan nəticəsi və müsahibədəki performansı müqayisə olunub, həmçinin tədris bölməsi, bal ortalaması və digər statistik nəticələri qeyd olunub. 

Qeyd edək ki, onlayn müsahibələrdə ümumilikdə 2197 namizəd iştirak edib, onlardan 2061 nəfəri uğur qazanıb. 

Statistik təhlillə bağlı daha geniş məlumatla aşağıdakı videomaterial vasitəsilə tanış ola bilərsiniz.