15 mart 2019 11:19
131

Önləyici nüvə zərbəsi vurmalıyıq – ABŞ-dan ŞOK TƏKLİF

Vaşinqton önləyici nüvə zərbəsinin vurulması siyasətindən imtina etməməlidir.

"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, bu haqda Amerika Senatında dinləmələrin gedişatında ABŞ Silahlı Qüvvələrin Baş Qərərgahlar rəisi, general Cozef Danford bildirib.

Danford bu məsələdə hər hansı dəyişikliklərə qarşı çıxıb. Onun sözlərinə görə, əks halda, bu, Vaşinqtonun rəqiblər tərəfindən qərarların qəbul olunması prosesini sadələşdirərdi. General əminliyini ifadə edib ki, bu istiqamətdə ABŞ-ın mövcud siyasəti düzgündür.

Qeyd edək ki, yanvarın sonunda ABŞ Konqresinə yanvarın sonunda nüvə zərbəsinin vurulması üzrə prezidentin hüquqlarını məhdudlaşdıran iki təklif təqdim edilib. Belə qanun layihələri birinci dəfə deyil ki, Konqresə gətirilir, amma heç birində müvəffəqiyyət qazanmayıb. Təşəbbüs Donald Trampın hakimiyyətə gəlişindən sonra dəstək alıb. Demokratların bir çoxu bildirirlər ki, Trampa nüvə silahı üzərində nəzarəti etibar etmək təhlükəlidir.