Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
29 oktyabr 2020 15:59
505

Oqtay Kaynarca Bərdədəki erməni terrorundan yazdı

Türkiyəli məşhur aktyor Oqtay Kaynarca yenidən Azərbaycanla bağlı paylaşım edib.

"İki sahil" Mediapost.az-a istinadla xəbər verir ki, sənətçi ötən gün Bərdədə baş verən faciədən sonra İnstaqram “Story”də bunları yazıb:

“Üçüncü dəfə həyata keçirilən humanitar atəşkəsi 5 dəqiqə sonra üçüncü dəfə pozan Ermənistanı kəskin qınayıram. Bombalar yağdırdığı ərazidəki məsum insanların acılarını ürəkdən paylaşıram”.

Qeyd edək ki, ötən gün ermənilərin raket atması nəcitəsində Bərdə rayonunun Qarayusifli kəndində 4 nəfər həyatını itirib, 13 nəfər yaralanıb.