04 avqust 2020 13:40
1742

Orduya yığılan vəsaitin həcmi açıqlandı

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna bu il avqustun 1-dək daxil olan vəsait açıqlanıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Silahlı Qüvvələrə Yardım Fonduna cari il avqustun 1-dək 112.759.464,65 AZN, 213.577,88 ABŞ dolları, 18.341,0 avro və 5000,0 rubl vəsait daxil olub.