22 aprel 2019 20:36
961

Orqanizmdə piy azlığı hormonal dəyişikliyə səbəb olur

Alimlər növbəti araşdırmanın nəticələrini açıqlayıblar.

“Ölkə.Az” xəbər verir ki,  fitnes-yarışların iştirakçılarına məsləhət verən həkimlər bu barədə xəbərdarlıq ediblər. Məlum olub ki, orqanizmdə piyin çatışmazlığı qadınlarda və kişilərdə hormonal dəyişikliklərə səbəb olur. Eyni zamanda fiziki cəhətdən orqanizmin zəifliyi üzə çıxır.

Ekspertlər qeyd edirlər ki, qadınlarda piyin həddən artıq az olması menstrual tsiklin pozulmasına, yorğunluğa və osteoporoz riskinin artmasına səbəb olur. Kişilərdə isə testosteron səviyyəsi aşağı düşür və libido azalır.