17 yanvar 2019 18:00
318

Ötən il 9 min tondan çox süd idxal edilib

2018-ci ildə ölkəyə 9 min 511 ton süd idxal olunub.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

İl ərzində idxal edilən südün dəyəri 12 milyon 652 min ABŞ dolları olub.

Xatırladaq ki, 2017-ci ildə Azərbaycana dəyəri 14 milyon 344 min dollar olmaqla 8 min 872 ton süd idxal edilib.