29 yanvar 2020 15:09
1095

Ötən il Azərbaycan qızıl ixracını 46% artırıb

2019-cu ildə Azərbaycandan xarici ölkələrə 172,4 mln ABŞ dolları dəyərində qızıl ixrac edilib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda bildirilir.

Hesabatda deyilir ki, bu, 2019-ci ilin nəticələri ilə müqayisədə 54,5mln dollar və ya 46,1% çoxdur.

Ötən ilin dekabr ayında isə Azərbaycan ümumi dəyəri 14,8 mln dollar olan qızıl ixrac edib. Bu, 2018-ci ilin dekabr ayının göstəriciləri ilə müqayisədə 3,9 mln dollar və ya 35,8% çoxdur.

Qeyd edək ki, 2018-ci il ərzində Azərbaycandan xarici ölkələrə 118 mln dillar dəyərində qızıl ixrac edilib. 2018-ci ilin dekabr ayında isə qızıl ixracının həcmi 10,9 mln dollar təşkil edib.

"Report"