04 iyun 2019 16:41
1193

Ott Tyanak Portuqaliya Rallisinin qalibidir

WRC Portuqaliya Rallisində (ralli üzrə dünya çempionatı) Ott Tyanak qələbə qazanıb.

AZƏRTAC xəbər verir ki, ikinci yeri Tyerri Nevil tutub. Hazırkı dünya çempionu Sebastyen Ojye isə Kris Mikin buraxdığı səhvdən istifadə edərək üçüncü yerə çıxıb.

Portuqaliya Rallisindən sonra aktivində 142 xal olan Sebastyen Ojye ümumi hesabda liderlik edir. Bu qələbə hesabına Ott Tyanak ümumi hesabda geridəqalmanı praktik olaraq minimuma endirib. İndi onun hesabında 140 xal var.