20 sentyabr 2020 20:39
807

Özbəkistan Baş nazirinin müavini koronavirusdan vəfat edib

Özbəkistanın baş nazirinin aqrar və qida inkişafı məsələləri üzrə müavini Uktam Barnoev koronavirusdan vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə Trend Özbəkistanın Buxara vilayəti administrasiyasına istinadən bildirib.

Məlumata əsasən, baş nazirin müavini 56 yaşında vəfat etdi.

Qeyd edək ki, U.Barnoev iyulun sonunda diaqnoz qoyulduğu COVID-19 xəstəliyindən uzun müddət müalicə olunurdu. O Akfa Medline özəl klinikasında müalicə alırdı.