15 noyabr 2019 19:27
167

Özbəkistanda Xarici Sərmayədarlar Şurası yaradılıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) iştirakı ilə Özbəkistan Prezidenti yanında Xarici Sərmayədarlar Şurası (XSŞ) yaradılıb.

AZƏRTAC xəbər verir ki, XSŞ-ın əsas vəzifələri Özbəkistan iqtisadiyyatına sərmayə qoyuluşu, sənaye-texniki və innovasiya inkişafı üzrə ölkəyə yardım göstərilməsi, milli məhsulların xarici bazarlara çıxarılması, elektron kommersiya sisteminin inkişafı, ölkənin beynəlxalq imicinin yaxşılaşdırılmasından ibarətdir. Şuranın tərkibinə xarici şirkətlərin, bankların, investisiya strukturlarının, beynəlxalq maliyyə institutlarının, EBRD-nin rəhbərliyi və nümayəndələri daxildir.

Şuranın hər il plenar, 2 ildə bir isə aralıq sessiyalarının keçirilməsi planlaşdırılır.