04 iyun 2020 17:45
826

Özəl qurumlara tövsiyə: sabah iş saatını 14:00-da bitirsinlər

Özəl qurumlara da tövsiyə edilir ki, sabah iş saatını mümkün qədər 14:00-da bitirmək məsələsinə baxsınlar. “İki sahil” Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Qeyd edək ki, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq.