06 aprel 2020 15:26
1718

Pablo Escobarın şəhəri – Medellin - FOTO

Medellin Kolumbiyanın paytaxtı Bogotadan sonra ikinci böyük şəhərdir. Çox yüksək bir yerdə qurulan Medellin son illərin məşhur seriyalı olan Narcos ilə gündəmdədir. Məşhur narkobaron olan Pablo Escobarın doğulub böyüdüyü şəhərdə bu gün onun çox izlərinə rast gəlmək mümkündür. Hətta şəhərdə Escobar turizmi də mövcuddur.

“İki sahil” xəbər verir ki, ölkənin şimal-qərbində yerləşən şəhər, ölkənin Antioxiya bölgəsindədir. Orta hündürlüyü 1500 metr olan bir ərazidə qurulan Medellin təxminən 2.5 milyon insanın yaşadığı bir şəhərdir.

1616-cı ildə ispanlar tərəfindən qurulan Medellində müstəmləkə dövrünə aid tikililər bu günə çatmayıb. Çox dağlıq və təpəli bir bölgədə yerləşən Medellinin düzən hissələrində yüksək mərtəbəli binalar, təpələrdə isə əsasən yoxsul insanların yaşadıqları evlər yerləşir.

Bu evlərin ən vacib cəhətlərindən biri dar küçələrdə parlaq rənglərlə rənglənməsidir. Bu kiçik evlərin olduğu məhəllələrdən biri həm də dünyanın ən böyük narkobaronunun doğulduğu bir yerdir.

Dünyanın ən acınacaqlı cinayətkarlarından biri kimi tanınan narkobaron Pablo Escobarın doğulub böyüdüyü bu bölgə Narcos seriyalının təsiri ilə də xüsusilə məşhurdur.

Belə ki, hətta son illərdə Pablo Escobarın anadan olduğu və böyüdüyü bu məhəllələrə turlar da təşkil edilməyə başlanıb. Bu turlarda iştirak edənlərin sayının artması xüsusilə Narcos seriyalından sonra müşahidə olunub.