30 may 2020 10:50
867

Pakistan bu gündən beynəlxalq uçuşları bərpa edir

Mayın 30-dan Pakistanın bütün hava limanlarından beynəlxalq uçuşlar bərpa edilir.

Bu barədə Pakistan mətbuatı məlumat yayıb. Xatırladaq ki, koronavirusun yayılmasının qarşısının alınması məqsədilə mart ayında bütün hava limanları bağlanmışdı.

Mayın 7-də Pakistan hökuməti özünütəcrid rejimini ləğv edib, 16-da isə daxili reysləri bərpa edib.

Son məlumata görə, ölkədə COVID-19 virusuna yoluxanların sayı 64 mindən çoxdur. Pandemiya dövründə 1317 adam ölüb, 40 min xəstə müalicə kursu keçir. //AZƏRTAC