08 aprel 2020 21:54
1001

Pakistanda koronavirusa yoluxanların sayı 4 072 nəfərə çatıb

Pakistanda COVID-19 koronavirusuna yoluxanların sayı 4 072 nəfərə çatıb, 58 xəstə dünyasını dəyişib.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, indiyədək 42 min, son sutka ərzində isə 3 min test həyata keçirilib.

Ölkədə aprelin 14-dək özünütəcrid rejimi tətbiq olunub.