22 fevral 2020 20:36
1373

Pakistanda mərmər mədənində torpaq sürüşməsi baş verib

Pakistanın Buner rayonunda mərmər mədənində baş verən torpaq sürüşməsi nəticəsində səkkiz işçi həlak olub.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, 30-dək şaxtaçının torpaq altında qalması təxmin edilir. İndiyədək doqquz nəfər torpaq altından çıxarılıb. Xəsarət alanların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Hazırda mədəndə axtarış-xilasetmə işləri həyata keçirilir.