22 may 2020 16:54
337

Pakistanda təyyarə qəzası:  107 nəfər öldü

Pakistan Hava Yollarına məxsus sərnişin təyyarəsi Karaçi şəhərində qəzaya uğrayıb.

Bu barədə Geo telekanalı məlumat yayıb. Bildirilib ki, Lahordan Karaçiyə uçan təyyarə hava limanının yaxınlığında qəzaya düşüb.

Pakistan Beynəlxalq Hava Yollarının nümayəndəsi Əbdül Səttar faktı təsdiqləyib.

Qeyd olunub ki, qəzaya uğrayan Airbus A-320 təyyarəsində 107 nəfər olub. Onlardan 99-u sərnişin, 8 nəfər ekipaj üzvüdür. Qəza zamanı 107 nəfərdən sağ qalan olmayıb.

Qəzanın səbəbləri məlum deyil. Araşdırma aparılır.