17 yanvar 2019 14:53
1079

Pambıq lifi və ipliyinin ixracı çoxalıb

2018-ci ildə ölkədən 54 min 314 ton pambıq lifi və 9 min 488 ton pambıq ipliyi ixrac olunub.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. İl ərzində ixrac edilən pambıq lifinin dəyəri 80 milyon 464 min ABŞ dolları, pambıq ipliyinin dəyəri isə 23 milyon 667 min dollar olub.

Xatırladaq ki, 2017-ci ildə Azərbaycandan dəyəri 33 milyon 753 min dollar olmaqla 24 min 655 ton pambıq lifi, 15 milyon 922 min dollarlıq 7 min 28 ton pambıq ipliyi ixrac edilib.